Скачать песню Vefa Serifova - Dur Gedek mp3 в качестве 192 Kbps и слушать онлайн бесплатно

Текст песни

Elin bu gün xoş günüdür gözəl yar
Hər yerdə bayram sədası dur gedək
Bu ceyranlı qış qoxulu dağların
Ürəyimdə yaz havası dur gedək

Dur gedək dur gedək
Dur gedək ceyran balası dur gedək
Yurdumun gözəl sonası dur gedək
Dərdimin sənsən dəvası dur gedək

Çərşənbə tonqalı ərşə dirənib
Gəlinlərin xonçaları bəzənib
Sevən könül bircə sənə güvənib
Naz eyləmə ay qadası dur gedək